Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Bir gecədə 11 nəfər dəm qazından boğuldu

Dəm qazından zəhərlənmələr daha çox həyət evlərində baş verir, amma son zamanlar bina evlərində yaşayanlar da dəm qazından zəhərlənmə ilə bağlı müraciət edir

Sutka ərzində Bakı şəhərində 11 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənən 2 şəxsin vəziyyəti ağır olduğu üçün, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digər xəstələrə isə yerindəcə ilkin tibbi yardım göstərilib.

Stansiyadan bildiriblər ki, dəm qazından zəhərlənmə hadisələri daha çox həyət evlərində baş verir. Həmçinin stansiyadan bildiriblər ki, son zamanlar bina evlərində də yaşayan insanlar dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər edirlər.

Xatırladaq ki, ötən gün Bakıda 14 nəfər dəm qazından zəhərlənmişdi. Zəhərlənən şəxslərdən 9 əfərinin vəziyyəti daha ağır olduğu üçün onlar xəstəxanalara yerləşdirilmişdi. Bundan başqa, Yasamal rayonunda yaşayan bir nəfər dəm qazı zəhərlənməsindən ölmüşdü. Telistan Qocayevanı evində ölmüş halda tapılmışdı. Araşdırmalar zamanı onun dəm qazından öldüyü məlum olmuşdu.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27