Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Sumqayıtda “veteran qiyamı” gözlənilir

Qarabağ qaziləri mövcud durumdan narazıdır

Son aylar Qarabağ əlillərinin ağır sosial problemlər səbəbi ilə intihar etməsi respublikanın bütün bölgələrində olduğu kimi Sumqayıtda da ciddi narahatlıq və təlaşla müşahidə edilməkdədir. Ötən gün Sumqayıtda yaşayan I qrup Qarabağ əlili Malik Məcidovun intihara cəhd etməsi şəhər veteranlarının səbrini daha da daşırıb: “M.Məcidovin icra hakimiyyətinin binası qarşısında intihara cəhd etməsi Sumqayıt qazilərinin əsəblərini daha da tarıma çəkib. Bir müddət bundan öncə mərhum Zaur Həsənova dəstək kampaniyasında yaxından iştirak edən Sumqayıt veteranları, bu kəs eyni dəstəyi M.Məcidovla bağlı nümayiş etdirmək niyyətindədir. Ümumilikdə isə veteranlar hesab edir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan bütün şəxslərin sosial rifahını yaxşılaşdırmaq üçün ciddi addımlar atılmalı, ayrı-ayrı fərdlərin deyil, bütün qazi və əlillərin yaşamına müsbət mənada təsir göstərən islahatlar həyata keçirilməlidir. Odur ki, yaxın günlərdə keçirilməsi gözlənilən “veteran aksiyası”nda bütün müharibə iştirakçıları üçün keçərli olan problemlərin gündəmə gətiriləcəyi ehtimal olunur”./Moderator /
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44