Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

YAP-çı elə bağırdı ki, doğrunun bağrı yarıldı

Yaxud Zahid Qaralova bir-iki xatırlatma

YAP-ın Idarə Heyətinin üzvü Zahid Qaralov müxalifəti rüşvətxorları müdafiə etməkdə günahlandırıb. O, publika.az-a açıqlamasında deyib: “Azərbaycanın bir sıra kollec direktorları rüşvət alırlar. Korrupsiya ilə Mübarizə Idarəsinin əməkdaşları isə həmin şəxsləri tuturlar. Sonra isə müxalifət həmin rüşvətxorları müdafiə etməyə başlayırlar və deyirlər ki, nə olsun filankəs 500 manat alıb?”

Hansısa müxalifətçinin hansısa rüşvətxoru kollec direktorunu müdafiə etməsilə bağlı fakt yoxdur. Heç Zahid Qaralov da konkret fakt açıqlamayıb. Ümumi danışıb. Ona görə də ehtimal etmək olar ki, Zahid Qaralov rüşvətxor məmurların həbsi barədə azad mətbuatda dərc edilən yazıları müdafiə kimi başa düşüb. Hörmətli Zahid müəllim, bilməlidir ki, mətbuat ölkədə baş verən bütün hadisələr barədə xəbər hazırlamılıdır.

Digər tərəfdən Zahid Qaralov müxalifəti ittiham etməkdənsə, yaxşı olardı ki, 48 milyard dolların ölkədən çıxarılmasına, “Dubay villalar”ına və YAP hakimiyyəti dövründə üzə çıxan çoxsaylı korrupsiya faktları barədə danışardı. Məsələn, Zahid Qaralov niyə demir ki, adi bir deputat olan Elton Məmmədovun oğlunun dəyəri 100 min manatlarla ölçülən bahalı maşınları hardandır? Bu məsələ elə bir neçə gün əvvəl gündəmin əsas mövzusu idi. Nə tez Zahid müəllimin yadından çıxdı? Zahid Qaralov elə danışır ki, sanki Cəmil Həsənli deyil, o, prezident seçkisi ilə bağlı debatlarda rüşvətxor və korrupsionerlər barədə sərt çıxışlar edib, dəhşətli faktlar açıqlayıb.

Zahid Qaralov daha sonra iddia edib ki, müxalifət bir-birini qırır. “Özləri özlərini sıfıra aparırlar. Öz qəzetlərində açıq formada bir-birlərini abırsız formada rüsvay edirlər. Dününən bir yerdə çörək yeyənlər bu gün bir birilərini təhqir edirlər. Ancaq bizim partiyada belə şey yoxdur. YAP-da bir nəfər digərinin üstünə uca səslə danışmayıb”.

Zahid Qaralovun özü bir müddət əvvəl Ziyad Səmədzadə ilə qırğına çıxmışdı. Doğrudur, Ziyad Səmədzadə YAP-çı deyil, amma müxalifətçi də deyil. Zahid Qaralovla eyni komandada təmsil olunur. Bundan başqa məgər Əli Əlirzayev, Maksim Musayev müxalifətçidir? Məgər onlar azmı partiyadaşlarını ittiham ediblər? Məgər Gülər Əhmədova müxalifətçidir? Onun “xoruz baba” statusu nə tez Zahid müəllimin yadından çıxdı?!/azadlıq/
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...