Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

“Sovetski” ayağa qalxdı - Foto

14:48

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, bu anlarda polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polis aksiyaya müdaxilə etməyə başlayıb. Aksiya dağıdılır.

İcra başçısının müavini Səmədov aksiya iştirakçıları qarşısında çıxış edərək, aksiya iştirakçılarının tələblərinin nəzərə alınacağını vəd etdikdən sonra ərazidən uzaqlaşıb. Aksiya iştirakçısı olan bir qadın huşunu itirib.

14:26

Musavat.com-un məlumatına görə, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov aksiya keçirilən əraziyə gəlib. O, "Sovetski" sakinləri qarşısında çıxış edib. İcra başçısının müavini vəd verib ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək.

14.21

Müxbirlərimiz xəbər verir ki, "Sovetski" sakinlərinin aksiyası böyük miyinqə çevrilib, iştirakçıların sayı artmaqda davam edir. 173 saylı məktəbin qarşısına mikrofon gətirilib, çıxışlar edilir.

13.48

Bakının “Sovetski” məhəlləsinin sakinləri evlərinin sökülməsinə və verilən kompensasiyaların azlığına etiraz əlaməti olaraq aksiya keçirir. Musavat.com-un hadisə yerindəki əməkdaşlarının verdiyi məlumata görə, 500-dən çox sakin 173 saylı məktəbin qarşısına toplaşıb.

Ərazidə polis əməkdaşları da var. Lakin onlar aksiyaya mane olmurlar.

• “Sovetski” ayağa qalxdı -  (CANLI YAYIM, FOTO, Yenilənib)  Yüklə

/musavat/
1367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
23.02.17, 07:10