Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Qaxda 43 yaşlı kişi özünü asıb

Qax rayonunda intihar hadisəsi baş verib. Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir./apa/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?
13.01.18, 08:33