Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Fətullah Gülən: “Silahlı müdaxilələrə başlamalıyıq ”

“Lazım gəlsə, Türkiyəni də qurban verməliyik”
Türkiyə mətbuatının verdiyi xəbərə görə, baş nazirin ölümü üçün qarğış tökdüyü ortaya çıxan Fətullah Gülən, səs yazılarında qan donduran ifadələr işlədir: "Fəaliyyətimizin davamlı olması üçün bir adam və ya bir ölkə getsə dünya dağılmaz."

Hakimiyyətdəkilərə qarşı həyata keçirilən araşdırma və cinayət işi ilə bağlı da Fətullah Gülən səs yazısında təlimat verir: “Üç ildir ki, “Uzun adam”ın ölməyi üçün dua edilir. Demək ki, dualarınız təmiz deyil.

MOSSAD və CİA (MKİ) onu aradan götürmək istəyir. Onun ucbatından 159 ölkədə məktəblərimiz bağlanma təhlükəsi ilə üzləşib. Ox çoxdan yaydan çıxıb. Bu saatdan sonra geriyə dönüş ola bilməz. Geriyə dönməyə cəhd etsək, bu, sonumuz olar. Yeganə yolumuz silahlı müdaxilə etməkdir. Qarşımıza kim çıxsa əzib keçməliyik. Seçkilərdə 65% səs çoxluğu ilə qalib gəlsələr də, sənədlərdə 44% götürməliyik. 40 ildə hördüyümüz köynəyi ”buyurun, siz geyinin” deyə bilmərik.

Güc əldə etmək üçün hədələyin
“Hizmət” in yaşaması üçün ehtiyac olarsa Türkiyə qurban getməlidir. Beş min prokuror, beş min hakim, on minlərlə polis və əskər şəhid olmağa hazırdır. Qurban və itkilər vacib deyil. Türkiyədəki mübarizədə Amerikanın yanında olsaq qalib çıxarıq.

Bütün məlumatları hər yerdən bizə çatdıranlar var. Polis rəisləri, hakimlər, prokurorlar, general və əsgərlər, yerli icra orqanları, komitə sədrləri, müşavirlər, kiçik bizneslə məşğul olanlar, tələbələr bizimdir.

Hamını “xain elan edilərik” deməklə, zəifliklərini ifşa etməklə qorxudun. “Hizmət”in əbədiliyi üçün güclü olanın yanında olmaq bizim uğur düsturumuz olmalıdır.

“Hər yola getmək” Fətullah Gülənə aid olduğu iddia edilən səs yazılarında camaat üzvlərindən, hədəflərinə çatmaları üçün hər şeyə getmələri əmr edilir: "Kommunist, faşist, ələvi, CHP-li olsun, hamı ilə ittifaqa girin."

“Uzun adam” polemikası Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızın ”Əgər, problem də Nurçu məktəbləri olsaydı, “adamın ölməyini 3 ildir ki, gözləyirik” deməsi ilə başlayıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan isə təlimatlarda “əməliyyatımı da müzakirə edirlər” deyib.
1843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...