Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2019

ABŞ-da azərbaycanlı öz evində güllələndi

ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib.

Report-un xəbərinə görə, polis hücumun dünən gecə, təxminən, saat 22:00 radələrində törədildiyini bildirib.

Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər.
342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP