Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2019

İran Avropa Birliyinə 60 gün vaxt verdi

“Nüvə razılaşması çərçivəsində uranı 3,67 faiz zənginləşdirmək öhdəliyimiz var. Ancaq İranın nüvə razılaşmasındakı maraqları qorunmasa, 60 gün içində zənginləşdirilmiş uranın səviyyəsini artıracağıq”.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident bu barədə ABŞ-ın nüvə razılaşmasından çəkilməsinin ildönümü münasibətilə Dövlət Televiziyasında çıxışı zamanı deyib.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP