Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Şəri

Sual: Salam. Bildiyiniz kimi son zamanlar ölkəmizdə cinə inanma, cinlə müalicə, cinvurma, cinçıxarma kimi məsələlər çox pis bir şəkildə yayılmaqdadır və hətta bunlar televiziya verlişlərində də açıq-aşkar təbliğ edilir. Bütün bunları nəzərə alaraq sizi bir mötəbər qaynaq bilərək aşağıdakı sualı soruşmaq istərdim. Zəhmət olmasa bu baarədə alimlərimizin nəzərini və bu barədə hökmlərini deyəsiniz. Sualımız belədir: İnsan cinlə əlaqədə ola bilərmi? Ola bilərsə onu necə izah edə bilərsiz? Zəhmət olmasa bunu şəri və fiqhi hökmünü də bizim üçün aydınlaşdırasınız. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Ad: Elnur, Ölkə: Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim

Qurani-kərim cinin olmasını (mövcudluğunu) təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır:
1. Cin oddan yaranmış bir varlıqdır. İnsan isə torpaqdan yaranmışdır.(Rəhman, 15)
2. Elm, idrak, haqqı batildən seçmək və məntiq və arqumentə malikdir. (Cin surəsinin müxtəlif ayələri)
3. Təklif, vəzifə və məsuliyyətə malikdir. (Cin və Rəhman surələrinin ayələri)
4. Onların bir dəstəsi mömin və əməli saleh, digər bir dəstəsi isə kafirdirlər.( Cin və Rəhman surələrinin ayələri)
5. Qiyamət və məadları var. (Həmin, 15)
6. Göylərə nüfuz edib gizlincə qulaq asmaq qüdrətləri varları idi və sonradan qadağan oldular. ( Həmin, 9)
7. İnsanların bəzisi ilə əlaqə yaradırlar və gizli bəzi sirlərə məhdud məlumatları ilə insanları aldadırlar. (Həmin 6)
8. Onların bəzisinin qüdrəti daha çoxdur. Necə ki, insanlarda da belədir. (Nəml surəsi, ayə 39)
9. İnsanın ehtiyacı olduğu bəzi işləri yerinə yetirməyə gücləri çatır. (Səba surəsi, ayə 12-13)
10. Yer üzündə onlar insanlardan qabaq yaranıblar. (Hicr surəsi, ayə 27)
11. Həzrəti Süleymanın əhvalatında, cinlərdən olan ifrit, Bilqeysin təxtini yerindən qalxmamış Süleymanın yanına gətirəcəyini iddia edən zaman, ( Nəml surəsi, ayə 30-40) həzrət Süleyman onu inkar etmir, baxmayaraq ki, Quranda da o cinin təxti gətirməsi gəlməyibdir. (Cavadi Amuli, Abdulla, təfsiri- mövzui, cild 1, səh 119)
Bu ayələrin hamısından cinin xəyali varlıq olmaması başa düşülür. Deməli, cin həqiqi maddi bir varlıqdır ki, onunla əlaqə yaratmaq mümkündür. Bir dəstə də onunla əlaqə yaradıblar. Baxmayaraq ki, qədim zamanlardan insanla cin arasında müxtəlif formada əlaqələr təsəvvür olubdur. Amma biz yalnız mötəbər rəvayətlərdə gəlmiş formaları qəbul edə bilərik.
Burada Quran, rəvayət və alimlərin dilində açıqlanmış bu əlaqələrin bəzi formalarına işarə edirik:

a). Cinə pənah aparmaq. Quranda deyilir: "Həqiqətən (cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparırdılar, bununla onların çətinliklərini artırırdılar." (Cin surəsi, ayə 6)
Ərəblərin adəti belə idi ki, qorxulu biyabana çatan zaman, o məntəqənin cininə pənah aparırdılar. İslam bu işi qadağan edib və insan və cini yaradana pənah aparmağı əmr etmişdir.( Biharul-ənvar, cild 92, səh 148)
b). Cini özünə tabe etdirmə. (təsxir). Cinləri özünə tabe etmək və onları öz xidmətinə almaq mümkün olsa da, amma fəqihlər arasında belə bir işin doğru olub, olmamasında fikir ayrılığı vardır. Lakin yekdil qəbul etdikləri rəyləri budur ki, bu iş şəri cəhətdən haram olan yolla baş verməməli və ya onların əziyyətinə səbəb olmamalıdır. Həmçinin onları işlətmək, haram və qeyri-şəri işlər üçün olmamalıdır. Çünki qeyri-şəri iş görmək, istər vasitə ilə istərsədə vasitəsiz, haramdır. (Minhacus-salehin, Xoyi, Əbulqasim, cild 2, səh 8)

Məsələnin fiqhi hökmü

Ayətullah əl-üzma Xamineidən, cinləri və ruhları təsxir etmə (tabe etmə, ələ alma) yolu ilə yalnız xeyir işlər görməsinə əmin olduğumuz şəxslərə müalicə üçüm müraciət etməyin hökmü barəsində soruşuldu, buyurdu: "Bu işin öz- özlüyündə iradı yoxdur, bu şərtlə ki, şərən halal olan yollardan yerinə yetirilsin". (Tozihul- məsail (Əl-məhşi lil- imamil- Xomeyni), cild 2, səh 980)
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.