Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2019

Ərəbistan şiə şəhərini mühasirəyə aldı

“Shia-News”-in verdiyi xəbərə görə, Ərəbistanın polis qüvvələri mübarək Ramazan ayında Qətif əyalətinin Əvamiyyə şəhərində Şükrullah məntəqəsinə hücum edərək onu mühasirəyə alıblar.

Dövlət bu hərəkəti barədə heç bir açıqlama verməyib.
Mənbə bildirib ki, Ərəbistan təhlükəsizlik qüvvələrinə bağlı hərbçilər və zirehli texnikalar Şükrullahın küçələrində gəzir və əhalini təhrik etməyə səy göstərirlər.

Ərəbistanın bu hərəkəti 23 apreldə edam etdiyi 37 nəfər siyasi müxalifətçinin ailələrini təhdid etməsindən sonra baş tutur. Dövlət rəsmiləri edam olunan müxalifətçilərin ailələrini birbaşa təhdid etmişdilər ki, əgər dövlətin bu hərəkətinə hər hansı etiraz etsələr, yaxud yaxınlarının meyitini istəsələr, həbs ediləcəklər.
106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
Go to TOP