Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2019

ABŞ-da arvadını öldürən Fuad Paşayevin həbsxanada meyiti tapıldı

ABŞ-ın Viskonsin ştatında həyat yoldaşını öldürməkdə şübhəli bilinən azərbaycanlı Kolumbiya rayon cəzaçəkmə müəssisəsinin birnəfərlik kamerasında ölü vəziyyətdə tapılıb.

“NBC15” saytının məlumatına görə, 31 yaşlı Fuad Paşayevin ölümünü yerli məhkəmə-tibbi ekspert xidməti təsdiq edib.

Şerif Rocer Brendnerin bildirdiyinə görə, həbsxana nəzarətçiləri onu gündəlik yoxlama zamanı gecə 23:00 radələrində huşsuz vəziyyətdə aşkarlayıb. Reanimasiya tədbirləri heç bir nəticə verməyib.

Paşayev Vinskonsin Dellsdə həyat yoldaşının qətli ilə bağlı məhkəmə iclasında iştirak etməli idi. Həbsxana rəsmiləri onun intihar etdiyini bildirir.

Mərhumun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmasa da, istintaq davam edir.

Xatırladaq ki, Fuad Paşayev mart ayında ABŞ-ın Viskonsin ştatında yaşayan həyat yoldaşı 23 yaşlı ukraynalı Tatyana Qujvanı vəhşicəsinə öldürməkdə ittiham olunurdu. Qətldən əvvəl isə cütlük arasında məişət zəminində baş verən münaqişə ilə əlaqədar Paşayevə qarşı zorakılıq, boğma, qanunsuz şəkildə azadlıqdan məhrum etmə, əmlakın məhv edilməsi və digər maddələr üzrə cinayət işi qaldırılmışdı./oxu/
76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
Go to TOP