Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

"Sən necə bir müsəlmansan?!"

CHP lideri Ərdoğana: "Sən necə bir müsəlmansan?!"

CHP başqanı Kamal Kılıçdaroğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanı yalançı adlandırıb.

Bu barədə Hürriyyət informasiya yayıb.

CHP başqanı Kılıçdaroğlu partiya yığıncağında ötən gün Ərdoğanın onu məhkəmə ilə hədələməsinə münasibət bildirib.

CHP başqanı Ərdoğana "Yalançı adama səslənirəm. Əgər cəsarətin varsa, məni məhkəməyə ver. Oğurluğunu, qanunsuz əməllərini ört-basdır et. Sən necə bir müsəlmansan? Qul haqqı yeyən adam hələ də doymadımı?", - deyib.

Xatırladaq ki, Baş nazir Ərdoğan ölkədə son zaman baş verən olayların arxasında duranların müxalifət partiyaları olduğunu demişdi və CHP lideri Kılıçdaroğlunu məhkəmə ilə hədələmişdi.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber