Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2019

Ərəbistan müsəlman ölkəsini bombaladı - 24 ölü və yaralı

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Ərəbistan qırıcıları Sale əyalətinin Qətəbə şəhərində yaşayış məntəqələrini bombalayıb. Nəticədə 6 uşaq və 1 qadın olmaqla 7 nəfər həlak olub və 17 nəfər yaralanıb. Yaralananlardan 11-i uşaq, 5-i qadın və 1-i kişidir. Həlak olan və yaralananların sayı 24 nəfərə çatıb.
Yəmən Səhiyyə Nazirliyi bəyanat yayaraq Amerika və İngiltərəni Ərəbistana silah verməkdə günahlandırıb və bu cinayətlərin əsas səbəbkarı kimi göstərib.
Bəyanatda BMT-nin Ərəbistanın Yəmən xalqı əleyhinə cinayətlərinə susması da pislənilib.
220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP