Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2019

İspaniya ABŞ-ın İrana qarşı avantürasına qatılmaqdan imtina etdi

Müdafiə naziri ispan döyüş freqatını ABŞ-ın avia-daşıyıcı qrupundan çıxardı...

İspaniya hökuməti öz freqatını Vaşinqtonun anti-İran missiyası üçün hərəkətə keçirdiyi ABŞ Hərbi Dəniz Donanmasının “Avraam Linkoln” avia-daşıyıcısının başçılıq etdiyi döyüş qrupundan müvəqqəti olaraq çıxarıb.

Bu haqda yerli “Pais” qəzeti yazıb.

200-dən çox ekipaj üzvü olan “F-104”- "Mendes Nyunes" freqatı ABŞ-ın təyyarə daşıyan gəmi qrupunda yeganə xarici gəmi olub. Freqatın ABŞ avia-daşıyıcı qrupundan müvəqqəti çıxarılması barədə qərarı İspaniya Müdafiə naziri Marqarita Robles qəbul edib. Qəzetin verdiyi məlumata görə, İspan gəmisi Fars körfəzi sularına girməyəcək və yalnız ABŞ-ın əvvəl nəzərdə tutulmuş proqrama dönəcəyi təqdirdə qrupa qayıda bilər.
70 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
Go to TOP