Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

15 nəfər ölüb, 48 yaralı var

İraqın Musil şəhərindəki partlayışda 15 nəfər ölüb, 48 yaralı var
Neynəva əyalətində qaçqınların yaşayış kompleksində törədilən teror aktında 15 nəfər ölüb.

SalamNews-un “SuməriyyəNews”a istinadla verdiyi məlumata görə, teror aktı İraqın Neynəva əyalətinin mərkəzi, Musil şəhərində qaçqınlar üçün nəzərdə tutulmuş yaşayış kompleksində baş verib. Minalanmış yük maşınının partladılması nəticəsində 7-si uşaq və üçü qadın olmaqla 15 nəfər həlak olub və daha 48 nəfər yaralanıb. Yaralananların əksəriyyətinin də qadınlar və azyaşlılar olduğu bildirilib.

Xatırladaq ki, İraqın Neynəva əyaləti və onun mərkəzi Musil şəhəri müxtəlif milliyyətləri və məzhəbləri özündə ehtiva etdiyindən, təhlükəsizlik baxımından ölkənin təhlükəli bölgələrindən sayılır.
1613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP