Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

"Google" superinternet xətti çəkir

Yeni texnologiyanın məlumatları saniyədə 10 giqabit sürətində ötürməyə imkan verəcəyi gözlənilir

Dünya Google şirkəti buraxılış qabiliyyəti hazırkı genişzolaqlı internetin sürətini dəfələrlə ötən gələcək nəsil internet şəbəkəsini layihələşdirir. Yeni texnologiyanın məlumatları saniyədə 10 giqabit sürətində ötürməyə imkan verəcəyi gözlənilir.

Şirkətin maliyyə direktoru Patrik Piçettin sözlərinə görə, bu sürətə on ildən sonra da nail olmaq olar, lakin Google gözləmək fikrində deyil. Belə ki, yeni texnologiya artıq üç ildən sonra tətbiq edilə bilər. Hazırda biz bunun üzərində iş aparırıq, gözləməyə ehtiyac yoxdur, - o bildirib.

Bundan əvvəl GoogleFiber layihəsi çərçivəsində şirkət ABŞ-ın Kanzas-Siti şəhərində buraxılış qabiliyyəti saniyədə 1 giqabit təşkil edən genişzolaqlı simli şəbəkə çəkib ki, bu da əksər internet şəbəkələrinin sürətindən təxminən yüz dəfə sürətlidir. Bu şəbəkəyə qoşulmanın qiyməti 300 dollara (evə optik-lif xəttinin çəkilməsi və avadanlığın quraşdırılması), aylıq abunə haqqı 70 dollara (televiziyasız) bərabərdir.

Şəbəkəyə sürətli qoşulma iri tutumlu kontentin ötürülməsi və Googleunonlayn servislərinin sürətli işi üçün əhəmiyyət kəsb edir. Axtarış sistemi getdikcə daha çox internet provayderi rolunda fəal çıxış edir. Şirkət GoogleFiber ilə yanaşı, ötən ilin yanvarında mənzil-qərargahında əhatə dairəsi 3 kilometrə çatan simsiz sınaq şəbəkəsini qurub. /ICTnews/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber