Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2019

İstanbulda “Gülənçi”lərə qarşı növbəti əməliyyat – 48 hərbçi saxlanılıb

İstanbulda FETÖ (Fəthulllah Gülən Hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha bir əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 48 hərbçi saxlanılıb.

Saxlanılanlardan 10 nəfərin istefada olan zabit olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP