Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2019

Nobel mükafatçısı orucun insanı cavanlaşdırdığını təsdiqlədi

Orucun mənəvi xeyirləriylə yanaşı, fiziki xeyirləri də əvəzolunmazdır. Nobel komitəsi də bildirir ki, oruc tutarkən yemək və içməkdən imtina etmək sağlamlıq üçün xeyirlidir.

Bunu Yaponiya alimi Yoşinori Osuminin tədqiqatları təsdiqləyib. O, 2016-cı ildə autofaqiya(yunanca “özünü yemə”) mexanizmlərini kəşf etdiyi üçün tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatına layiq görülüb. Autofaqiya prosesi zamanı hüceyrələrin iştirakıyla bədəndə lazımsız və zərərli maddələrin tullantısı baş verir. Alimlər belə bir prossesin baş verməsini hələ 1960-cı illərdə aşkar etmişdir. Lakin bu kəşf axıra qədər öyrənilməmişdir.

1990-cı illərdə hər şey dəyişdi. Yoşinori Osumi tədqiqatlarında irəlləyişlər etdi. Onun nəzərinə görə, autofaqiya mexanizmi çoxlu genlər tərəfindən idarə olunur. Orqanizm aclıq keçirərkən stress halına düşür, bununla da autofaqiya mexanizmi işə düşür. Hüceyrələr əlavə enerji ala bilmir və daxili resurslarından istifadə etməli olur.

Proses zamanı yığılmış lazımsız maddələr və bakteriyalar yenidən emal edilməyə başlanır. Bioloqlar bildirir ki, autofaqiya qocalma prosesini zəiflədir və hətta hüceyrələri cavanlaşdırır. Yeni yaranmış hüceyrələr orqanizmdən zədələnmiş zülalları xaric etməyə başlayır. Tədqiqatın nəticələrinə əsasən, oruc insan orqanizmi üçün misilsiz fayda daşıyır./deyerler/
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP