Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

“Ayda 350 manat elektrikə pul verirəm”

Xalq artist aksiya etdi- “Ayda 350 manat elektrikə pul verirəm”

Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsindəki yeni tikililərin sakinləri aksiya keçiriblər.

Sakinlərin dediyinə görə, bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq evlərə mavi yanacağın və qəbalələrin (kupça) verilmir.

Sakinlər arasında xalq artist Qəndab Quliyeva da olub. Xalq artist "Azadlıq" radiosuna verdiyi açıqlamada 2 ildir burada yaşadığını bildirib. Onun sözlərinə görə, soyuqdan evdə durmaq olmur: "Bura köç edəndə soruşdum, qaz nə vaxt veriləcək. Dedilər bir-iki aya. O bir-iki ay, bu bir-iki ay, iki ildir ki, bura qaz verilmir.

1000 manat təqaüd verir, bunun 300-350 manatını elektrikə verirəm. "Plitka" ilə yaşamaq olar? "Plitka" ilə saç yumaq olar? Həftəbaşı xəstəxanada oluram. Ciyərlərim, boğazım, səsim işləmir. Belə şey olmaz. Qeyri qanuni tikintilər tikirlər..."
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10: