Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

Azərbaycanlıların Ukraynada qanlı savaşı - Foto

Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 15-də Korostışevski rayonu Kamennıy Brod kəndində öldürülən azərbaycanlının qətlinin üstünü açıblar.

Polislər cinayətkar qruplaşmanı zərərsizləşdiriblər.

Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşma Kamennıy Brod kəndində üç nəfəri qətlə yetirib, 2016-cı ildə isə onlardan biri Jitomir kafesində kişini güllələyib.

Jitomirsk vilayəti üzrə Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko bildirib ki, qətlin təşkilatçısı 2018-ci ildə digər qətl hadisəsinə görə saxlanılan Azərbaycan vətəndaşıdır.

“Onun saxlanılmasından üç il keçməsinə baxmayaraq, hələ də hökm oxunmayıb. O özü isə məhkəmənin müəyyən etdiyi girov pulunu ödəyərək rahat şəkildə şəhərimizin küçələrində gəzir”, - V.Peçenenko deyib.


187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP