Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Xədicə İsmayıl MTN-dən ötürülən şok sənədi nümayiş etdirdi (Foto)

Jurnalist Xədicə İsmayıl Facebook səhifəsində sensasion sənəd yerləşdirib. Musavat.com-un Haqqin.az-a istinadən verdiyi məlumata görə, söhbət "Tam məxfi" qrifli hesabat məktubundan gedir. Xədicə İsmayılın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt məktubu ictimailəşdirmək istəməyib. 


Məktub MTN-in daxili kəşfiyyat rəisinə ünvanlanıb və kiminsə ələ alınmasından bəhs edir. Xədicə İsmayıl həmin adamın adını pozub. Lakin belə məlum olur ki, söhbət hansısa AXCP üzvündən gedir.


Maraqlıdır ki, Xədicə İsmayıl məktubu Facebook-da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Musavat.com xəbər verir ki, bu barədə məlumat saytlarda yayılandan sonra - saat 03.40 radələrində məktubun fotosu yenidən Xədicə İsmayılın profilində görünməyə başlayıb. 

Xədicə İsmayıl bu sənədi belə təqdim edib: "2011-ci ildə belə bir kağız parçasının şəklini göndərdilər mənə. Göndərən də Mirsaleh müəllim kimi keçmiş MTN işçisi idi. Niyə göndərdi, nə məqsəd güdürdü, bilmirəm. Amma bu kağız parçasının şəklini sənəd adlandırmaq üçün onun həqiqiliyini yoxlamaq imkanım olmadığından qaldı qaldığı yerdə. Bu gün ANS telekanalında yekə yekə danışırdılar MTN haqqında. Busuz da siz. 
Mənə göndərilən variantda adların və detalların üstü pozulmayıb. Mən pozmuşam ki, heç kimə qara yaxılmasına vasitə olmayım." 
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber