Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Elşad Abdullayevin həbsi xəbəri yayıldı və... təkzib olundu

Keçmiş rektor haqqında bu cür xəbərlərin getməsinin səbəblərindən danışdı; “Zakir Qaralovu məhkəməyə verdiyim üçün belə yalanlar yayılır” dedi
Fevralın 16-da Fransadakı mənbələrin birindən “Təzadlar”a daxil olan bir məlumat ölkə mediasının gündəminə gəldi. Qəzetin elektron ünvanına daxil olan məktubda beynəlxalq axtarışda olan Elşad Abdullayevin xarici ölkələrin birindən Fransaya qayıdarkən aeroportda saxlanıldığı bildirilirdi:

“Bizə yaxın olan Türkiyəli dostlarımız İsveçrədən geri qayıdarkən aeroportda bunun şahidi olublar... Məlum olub ki, ötən həftə Azərbaycandan gəlmiş nümayəndələr Fransa hakimiyyət orqanlarına onun saxlanılaraq Azərbaycana təhvil verilməsini xahiş ediblər. Hətta bizə dedilər ki, bu barədə Fransa prezidenti bir müddət əvvəl Azərbaycanda olanda bu məsələ ölkə rəhbərləri səviyyəsində razılaşdırılıb...”

ABU-nun sabiq rektoru Elşad Abdullayev isə özünün həbs olunması barədə Azərbaycan KİV-lərində yayılan xəbərləri təkzib edib. Belə ki, Elşad Abdullayev musavat.com-un şərh bölməsinə yazaraq, həbslə bağlı xəbərlərin doğru olmadığını söyləyib:
“16 fevral 2014-cü il tarixində KİV-də mənim həbsimlə bağlı verilmiş məlumat real həqiqətə uyğun gəlməyən, həqiqəti əks etdirməyən uydurma xəbərlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216, 296 və 297-ci maddələrinə görə bilə-bilə yalan məlumat vermə cinayət hesab edilir”.

E.Abdullayev “Yeni Müsavat”a yolladığı məktubda isə bildirib ki, bu məlumatların yayılmasında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və onun vəkili Ramiz Zeynalovun müstəsna xidməti var: “Vəkil Ramiz Zeynalov mənim tələbə yoldaşımdır, mənim onunla heç bir ədavətim olmayıb. Həmişə dostluq etmişəm, ancaq görünür Azərbaycanda insanlar elə bir vəziyyətə salınıb ki, artıq dostlarını şərləmək məcburiyyətində qalıblar. O, baş prokuror Zakir Qaralovun mirzəsidir. Bu cür məlumatlar baş prokuror Zakir Qaralov vasitəsilə KİV-lərə ötürülür. Təəssüflər olsun ki, belə hallar ölkənin bütün sahələrini, ədalət mühakiməsini də əhatə edib. 12 fevral 2014-cü il tarixində baş prokuror Zakir Qaralovdan bizim tərəfimizdən Bakının Səbayel Rayon Məhkəməsinə şikayət verilib. Ona görə belə yalan xəbərlər yayılır”.
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31