Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2019

Kəndlilərin torpaq davası - 10 ölü, 7 yaralı

Türkiyənin Sakarya vilayətinin Arifiyə qəsəbəsində iki qrup arasında kütləvi dava olub.

"Sondakika" xəbər verir ki, əkin sahəsində mübahisə edən tərəflər bir-birinə odlı silahlardan atəş açıblar. Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Mübahisə yaralıların çatdırıldığı xəstəxananın qarşısında da davam edib. Bu zaman 1 polis əməkdaşı yüngül yaralanıb.

Oxşar qanlı olay Türkiyənin Qars bölgəsində də baş verib. Torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.

Sonuncu olay Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP