Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2019

Rusiyaya buradan ölümcül zərbə vurulmalı idi

Ukrayna istiqamətində Rusiyanın zəiflədilməsi üzrə bütün planlar iflasa uğradı.

Bu haqda İsrailin "Nativ" xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi “Rossiya 1” telekanalının efirində bildirib.

Kedmi hesab edir ki, əsas sübut Vaşinqton və Avropa İttifaqının Ukrayna ilə bağlı xarici siyasət kursunda olan dəyişiklikdir. Keçmiş kəşfiyyat şefi vurğulayıb ki, ABŞ Ukraynada 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra Rusiyanın sərhədlərinə yaxınlaşmağa ümid edirdi.

“Əsas məqsədi Ukraynanı götürüb və Rostova Amerika donanması ilə bazaları çəkib Rusiyaya ölümcül zərbə vurmaq idi. Bütün bu planlar iflasa uğradı”, - o deyib.

Bundan başqa, Kedmi qeyd edib ki, ötən illər ərzində Avropa İttifaqı öz siyasi çəkisini xeyli itirib və Ukraynaya daha az diqqət ayırmağa başlayıb. O əlavə edib ki, indi Brüsseli daha çox Rusiya və Çin, həmçinin ABŞ-la artan anlaşılmazlıq narahat edir.
372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP