Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2019

Ermənistan baş nazirinin əhali arasında reytinqi aşağı düşüb

“Jamanak” qəzeti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təhqiqatına istinad edərək bu ölkənin baş naziri Nikol Paşinyanın əhali arasında reytinqinin aşağı düşdüyünü yazıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təhqiqatına əsasən, baş nazir Nikol Paşinyanın fəaliyyətlərinə qarşı ümumi razılıq 34 faizə enib və bu onun reytinqində yeni rekord sayılır.
“Jamanak” üç ay bundan əvvəl də bu barədə oxşar təhqiq həyata keçirmişdi. Həmin təhqiqə görə, baş nazirin reytinqi indikindən 30 faiz çox olub. Bu iki təhqiqin nəticəsi göstərir ki, son üç ayda Paşinyanın reytinqi 30 faiz aşağı düşüb.

Qəzet əlavə edib: “Təhqiqdə Ermənistan əhalisinin bütün sinif və müxalif qrupları arasında sorğu keçirilib.”
161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP