Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2019

Azərbaycanda 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi göndərilib

Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ailədə üç qardaş olublar: "Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola bilməz”.

N.İbrahimov bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib, müayinədən keçib: "O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir".
161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP