Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2019

Suriya prezidenti: Ekstermizmin güclənməsində vəhabiliyin payı olub

Suriya prezidenti Bəşar Əsəd “Terrorizm və Ekstremizmlə Mübarizə üçün Şam Beynəlxalq İslam Mərkəzi”-nin açılış mərasimində deyib: “Bütün Suriya xalqı öz müqavimətləri ilə ekstremizmlə mübarizə aparır. Ordu ekstremizmdən doğmuş və xaricdən ölkəmizə daxil olmuş terrorizmlə mübarizə edir. Alimlərimiz də terrorizm yaradan ifratçılıqla mübarizəyə qalxmalıdır.”

Prezident əlavə edib: “Ekstremizm dinin məhsulu deyil, ictimai bir məhsuldur və onun siyasi, etnik, etiqadi və ictimai kimi növləri vardır. Dini ekstremizm də onun bir növü olaraq sentyabr hadisələrindən sonra bizim həyatımıza daxil olmuşdur. Dini ekstremizmin güclənməsində vəhabiliyin payı vardır.”
Bəşar Əsəd din alimlərinə müraciət edərək deyib: “Mən ruhanilərlə oturaraq onlarla terrorimz və ekstremizmlə mübarizə haqqında söhbət edəcəyimi gözləmirdim. Siz illər öncə bu işə başlamısınız və Suriya xalqının hər biri ekstremizm və terrorla mübarizə aparır.”

Suriya prezidenti həmçinin “İxvanul-müslimin”i sərt tənqid edib və bu hərəkatın üzvlərini şeytan adlandıraraq deyib: “İxvanul-müslimin zorakılıq məfhumunu dinə daxil etməklə əxlaqın islami dindarlığından çıxdı, onun simasını təhrif və xarab etdi. Habelə, İxvanul-müslimin təfəkkürü və geridə qalmış vəhabilik təfəkkürü arasında çox aşkar görünən bir əlaqə vardır.”
232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP