Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Şimal qərb bölgəsində vəhabilər nəzarətə götürüldülər

Son günlər Suriya məsələsinin gündəmə gəlməsindən sonra bölgələrdə sələfi məzhəbinin nümayəndələrinə (vəhabilər) qarşı polis nəzarəti gücləndirilib. Paytaxt Bakı ilə yanaşı rayonlarda, xüsusən ölkənin şimal, şimal qərb bölgəsində vəhabilər hüquq- mühafizə orqanlarının nəzarətinə götürülüb.

Artıq İsmayıllı, Zaqatala, Balakən, Qusar və digər rayonlarda onlar polis bölmələrinə çağırılaraq ciddi xəbərdarlıq edilib.

Polis əməkdaşları onlarla söhbət edərək həmiş şəxsləri Suriyaya getməməyə, saqqallarını qırxmağa, radikal qruplara qoşulmamağa çağırıb.

Yerli sakinlərin bildirdiyinə görə, saqqallıların ibadət etdiyi məscidlər, görüşdükləri yerlər, dini mağazalar nəzarət altındadır.

Qeyd edək ki, təkcə bölgələrdə deyil, paytaxt Bakıda da məscidlər son günlər ciddi polis nəzarətindədir.
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı