Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Kürd döyüşçülərdən "Nusra", "Əhrarus Şam" və "İŞİD"a zərbə

İraq sərhəddində Kürd Xalq Müdafiə Birlikləri ilə "Əl Qaidə" arasında toqquşma baş verib

İslamazeri.az-ın Kürd mediasına istinadən verdiyi xəbərə görə, Suriya və İraq sərhəddində YPG- Kürd Xalq Müdafiə Birlikləri ilə "Əl Qaidə" arasında toqquşma baş verib.

Kürd döyüşçülər "Əl Qaidə"yə bağlı "Nusra", "İŞİD" və "Əhrarus Şam" terrorçu qruplaşmalarına qarşı əməliyyat keçiriblər.

Döyüş zamanı İraq sərhəddindəki bir neçə kənd terrorçulardan təmizlənib və təkfirçilər ağır itki verib.

Kürdlər keçən il bu günlərdə öldürülən kürd döyüşçülərinin qisasını bu əməliyyatlarda aldıqlarını bildiriblər.

Döyüşlərdə terrorçuların silahları və döyüş texnikası ələ keçirilib.

"Bas" xəbər portalının yazdığına görə, bu əməliyyatlarda ərəb qəbilələri də kürdlərə dəstək verib.

Qeyd edək ki, YPG Suriyada 2013-dən bu günə kimi 5 böyük kənd, 6 diyar və 120 kiçik kəndi terrorçulardan təmizləyib.
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:15