Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Azad Suriya Ordusunun başçısı istefaya göndərilib

Azad Suriya Ordusunun Ali hərbi Şurası ordunun baş qərargah rəisi general Səlim İdrisi istefaya göndərib

Suriya sülh danışıqlarının səmərə verməməsi müxalifəti ciddi sınaq qarşısında qoyub.

İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, Azad Suriya Ordusunun Ali hərbi Şurası ordunun baş qərargah rəisi general Səlim İdrisi istefaya göndərib. Azad Suriya Ordusunun Ali Hərbi Şurası briqada generalı Əbdül-İlah əl-Bəşiri yeni posta təyin ediblər.

Ali Şura bunu ordunun üzləşdiyi problemlərlə əlaqələndirib.

Bildirək ki, 2011-ci ilin iyulunda hökumət ordusundan ayrılan əsgər və zabitlərdən təşkil edilən ASO hazırda müxalifətin əsas iki hərbi təşkilatından biri hesab edilir.
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber