Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Suriyada 106 nəfər xarici xəfiyyə ələ keçib

Əl-Mənar ifşa etdi: Suriyada 106 nəfər Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan məxfi xidmət əməkdaşları həbs edilib
Nur-az.com-un Farsnews-a istinadlı məlumatına görə, Fələstində çap olunan əl-Mənar qəzeti xüsusi mənbəyə istinadən xəbər verib: Səudiyyə Ərəbistanına məxsus 85 xüsusi xidmət orqanları zabiti Suriya həbsxanalarındadırlar.
Bunların 7 nəfəri ali rütbəli hərbiçilərdir.
Səudiyyə Ərəbistanı 3-cü ölkə vasitəsilə bu əsirlərin azad olunması üçün dəfələrlə çalışsa da Suriya tərəfi razı olmayıb.
Mənbənin məlumatına görə, Qətər və Türkiyə də belə bir problemlə üzləşiblər. Qətərin 14 və Türkiyənin 7 xüsusi xidmət əməkdaşı da Suriya həbsxanalarında dindirilir. Bu iki ölkə də başqa bir ölkənin vasitəçiliyi ilə öz zabitlərini azad etmək istəsələr də, buna nail ola bilməyiblər.
Mənbə bildirib ki, ehtimal edilir ki, yaxın zamanlarda Suriya dövləti bu zabitlərin adlarını və onlara veriləcək cəzanı açıqlayacaq.
1398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi