Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

“Nüvə müzakirələri çox mürəkkəb və çətin olacaq”

Ketrin Eşton: “Nüvə müzakirələri çox mürəkkəb və çətin olacaq”
“Altılıq” ölkələri İranla nüvə müzakirələrini ciddi şəkildə davam etdirəcək.

İRNA-nın verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Onun sözlərinə görə, Cenevrədə İranla “altılıq” ölkələri arasında yalnız ilkin razılaşma əldə olunub: “Bu baxımdan nüvə müzakirələri çox mürəkkəb və çətin olacaq”.

K.Eşton həmçinin İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında konstruktiv əməkdaşlığın yaranmasından da məmnun qaldığını ifadə edib.

Qeyd edək ki, fevralın 18-də Vyanada İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması məqsədilə növbəti nüvə müzakirələri öz işinə başlayacaq.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07