Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

İŞİD və ən-Nüsrə Küveytə çatdı!

Bu barədə Küveytin əs-Siyasət Cümə qəzeti yazıb
Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına görə, Küveytin təhlükəsizlik xidməti bir neçə gün öncə milli təhlükəsizliyi təhdid edən təhlükələr haqqında səlahiyyətli mənbələrə məruzə göndəriblər.
Məruzədə Küveytdən Yaxın Şərqin İŞİD, ən-Nüsrə və İxvan əl-muslimin kimi təkfirçi və radikal qruplaşmalarına bağlı olan gizli qruplar və şəxslərdən bəhs edilir.
Küveyt KİV-i bu qrupların yaranmasına və arxayınlıqla ölkədə yerləşməsinə səbəb kimi, ölkədəki azadlıq, nüfuz etmiş şəxslərlə əlaqə və külli miqdarda büdcəni göstərmişdir.
Qeyd edək ki, İŞİD-i ABŞ və Səudiyyə Ərəbistanı dəstəkləyir və bu qruplaşma Suriya və İraqda hakimiyyəti ələ keçirməyə çalışır. Qruplaşma tərkibində iştirak edən şəxslərin ölkələri, onların öz ölkələrinə qayıtdıqdan sonra da terrorçuluqla məşğul olacaqlarına görə narahatdırlar.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:50