Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Misirdə turistləri daşıyan avtobus partladılıb

Misirdə Sina yarımadasında turistləri daşıyan avtobusda terror aktı törədilib.

Partlayış nəticəsində avtobusdakı sərnişinlərdən 4-ü həlak olub, digər 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışdan dərhal sonra avtobus yanmağa başlayıb. Ətrafdakıların köməkliyi ilə yaralıları xilas etmək mümkün olub. Onlar təcili sürətdə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Həkimlərin verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır. Hələ ki, teror aktının kimlər tərəfindən törədildiyi məlum deyil. Misirin təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə hadisə baş verən avtobusdakı sərnişinlərin əksəriyyəti Şimali Koreya vətəndaşlarıdır.
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber