Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Nəsrullah: "ABŞ və İsrail təkfirçi qrupları dəstəkləyir"

“Hizbullah” lideri Livan xalqını birliyə çağırdı

İslamazeri.az-ın "Dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, Livan “Hizbullah”-ının baş katibi Seyid Həsən Nəsrullah, ABŞ və İsraili Livandakı təkfirçi qrupları dəstəkləməkdə ittiham edib.

"Hizbullah" şəhidlərinin xatirəsinə təşkil edilmiş mərasimdə çıxış edən Seyid Həsən Nəsrullah, Livandakı terror aktlarının təkfirçi qruplar tərəfindən reallaşdırıldığını, təkfirçilərin ABŞ və İsrail tərəfindən dəstəkləndiyini deyib.

O, Livan xalqını fitnələrlə mübarizədə birliyə çağırıb.

Seyid Həsən Nəsrullah, Fələstin məsələsinə də toxunub və belə bir zamanda ABŞ-ın Fələstin müqavimətinin tamamilə yox edilməsini hədəflədiyini deyib.
1268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber