Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2019

Qaçqınlarla türklər arasında kütləvi dava: Polis silaha əl atdı – Video

Türkiyədə suriyalı qaçqınlarla yerli əhali arasında kütləvi dava baş verib.

Hadisə Kocaelinin Gölçük qəsəbəsində baş verib.

Suriyalılarla türk sakinlər arasında başlayan mübahisəyə kənarda olan digər suriyalı qaçqınlar da qoşulub və beləcə vəziyyət nəzarətdən çıxıb. Məhəllə sakinləri ilə suriyalı qaçqınların kütləvi davasına polis müdaxilə edib, ancaq vəziyyəti nəzarətə almaq mümkün olmayıb. Bu zaman polis havaya atəş açaraq, tərəfləri bir-birindən ayırıb.

Hadisədən dərhal sonra əraziyə çoxlu sayda polis cəlb olunub. Şəhər rəhbərliyi hadisədən sonra yerli sakinləri sakitləşdirməyə çalışıb. Dava salan 31 suriyalının evləri boşaldılıb və onlar miqrasiya şöbəsinə aparılıb. Onlar Türkiyənin başqa qaçqın düşərgələrinə göndərilib. Hadisəyə görə həbs edilən 8 türk isə ifadə verdikdən sonra azadlığa buraxılıb.




533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP