Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2019

Ronaldo yenə fərqləndi: Portuqaliya finalda

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinə start verilib.

"Porto"nun “Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıb. Görüş ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliya millisinin heyətində hər üç qolu Kristiano Ronaldo (25, 88, 90-cı dəqiqədə) vurub. Qonaqların heyətində isə Rodriqes matçın 57-ci dəqiqəsində penaltidən fərqlənib. Bu qələbə ilə Portuqaliya finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə bu gün İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.

Turnirin I və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.
118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP