Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Şeyxdən din xadimlərinə qadağa: “Mətbuata danışmayın”

QMİ nüfuz dairəsində olan din xadimlərinə media ilə əməkdaşlıqda müəyyən qadağalar tətbiq edib.

İdarədən nüfuzlu din xadimlərinə, Qazılar Şurasının üzvlərinə, o cümlədən adıçəkilən qurumda yüksək post tutan şəxslərə mətbuatla mümkün qədər az əməkdaşlıq etmək, hətta müsahibə verməmək kimi tapşırıq verilib.

Dini durumun o qədər də sabit olmadığı bu günlərdə artıq qeyd etdiyimiz qərarın təzahürlərini sezmək olur. Belə ki, son həftə, həmçinin bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadə, o cümlədən dini durumla bağlı QMİ səlahiyyətlilərinə ünvanlanan zənglər və suallar cavabsız qalıb. Bunun məntiqi davamı olaraq QMİ sədr müavini Hacı Salman Musayevin bu gün açıqlamasında da görmək olar.

Belə ki, o, əməkdaşımızın suallarına konkret olaraq belə cavab verib: “Biz saytlara açıqlama vermirik”.

Hörmətli din xadimi bu cümlədən sonra telefonu qapadıb və bir daha zənglərə cavab verməyib./aznyus/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber