Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2019

Yeni Zelandiyada atışma - ölən və xəsarət alanlar var

Yeni Zelandiyada kənd məktəbinin yaxınlığında atışma olub.

Məlumata görə, hadisə Vaikatoda qeydə alınıb. Atışma zamanı 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

"Polis 4 yaralının tapılması barədə çağırışdan sonra Vaikatodakı kənd məktəbinin ərazisinə gəlib. İlkin məlumata görə, onların hamısı odlu silahdan açılan atəşləyaralanıblar. Xəsarət alanlardan biri hadisə yerində ölüb, daha üç yaralının vəziyyətiorta ağırdır", - deyə polisin açıqlamasında bildirilir.

Polis detektiv-müfəttişi Qrem Pitekli bildirib ki, hazırda apolis bir nəfərlə bağlı istintaq aparır.

"The New Zealand Herald" nəşri isə bildirib ki, Vaikato kənd məktəbi hadisə ilə bağlı bağlanıb. Yaxın yollar isə polis tərəfindən əhatəyə alınıb. Hadisə yerində polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.
124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP