Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2019

Avropanın universitet müəllimləri sionist rejimə qarşı sanksiya tətbiq edilməsini istədi

“Anatolu” qəzetinin yazdığına görə, Avropa ölkələrinin 150 müəllim və tədqiqatçısı Avropa Birliyi komissarlığına açıq məktub yazaraq AB-dən istəyiblər ki, sionist rejimlə silah alqı-satıqısına sanksiya tətbiq etsin və bu rejimin tədiqat-araşdırma layihələrində iştirakını dayandırsın.

Məktubda deyilir:
“İsrail” insan haqlarını açıq şəkildə pozur. Biz Avropa Birliyindən istəyirik ki, İsrail bu prosesi dayandırana qədər onun hər növ silah-sursat alqı-satqısına sanksiya tətbiq edilsin.

Məktubun davamında deyilir:
İsrail “Avropa Birliyinin Üfüqü” (Horizon Europe) layihəsinə qoşulmuşdur. Bu rejim insan haqlarını pozmağı dayandırana kimi sözügüdən layihədə iştirak etməkdən məhrum edilsin. İsrailin bu layihədə iştirakı AB-nin dəyərləri ilə ziddir. Elm və yenilik bəşəriyyət və insanlara xidmət etməlidir.

Məktubun digər hissəsində AB-nə müraciət edilərək deyilir:
İsrail texnologiyadan işğalçılıq və aparteid üçün istifadə edir. BMT də İsrailin Fələstin xalqı əleyhinə müharibə cinayətinə mürtəkib olduğunu və beynəlxalq qanunları pozduğunu təsdiq etmişdir.
394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP