Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2019

Zaxarova II Dünya savaşından danışdı: Şişirtməyin!

İkinci Dünya müharibəsində nasistlər üzərində qələbədə avropalı müttəfiqlərin rolu çox da qabardılmamalıdır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Avropada İkinci cəbhə qarşıdurmasında həlak olanları hörmətlə anırıq. Əlbəttə, bu cəbhə şişirdilməməlidir. Üstəlik SSRİ-nin rolu azaldılmamalıdır. SSRİ-nin səyi olmasaydı, bu zəfər də olmazdı.

Tarixçilərin fikrincə, Normandiya əməliyyatının İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsinə təsiri olmadı. Müharibənin taleyi onsuz da Qırmızı ordunun Stalinqrad və Kursk qövsündəki zəfərlərindən sonra müəyyən edilmişdi”, - deyə M.Zaxarova bildirib.
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP