Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Millətimiz haqqını tələb etməyin yolunu tapıb

“Sovetski” sakinlərinə şad xəbərXəbərlər
Yasamal İH Başçısı: “Ya vəzifəmdən gedəcəyəm, ya da sizə veriləcək kompensasiyanı artırılmasına nail olacağam”

Bu gün səhər ona yaxın “Sovetski” sakinini 27-ci polis bölməsinə dəvət ediblər. Polis idarəsinə dəvət alan həmin şəxslərlə görüşə gələn Yasamal rayon İcra Başçısı “Sovetski” deyilən ərazinin ağsaqqallarından sayılan həmin şəxslərə söz verib ki, ya vəzifəmdən gedəcəyəm, ya da 50 kv –a qədər evi olan sakinlərə elə kompensasiya məbləği ayrılmasına nail olacağam ki, onlar rahat ev ala bilsinlər. İcra Başçısının bildirdiyinə görə, dünənki aksiyadan sonra sözügedən istiqamətdə artıq layihə hazırlanmasına start verilib.

Görüşdə iştirak edənlərdən birinin Tia.az-a verdiyi məlumat görə, İcra Başçısı “Sovetski” adlanan və köhnə tikililərin söküləcəyi planlaşdırılan ərazinin təmsilçilərini bir daha əmin edib ki, verdiyi sözə mütləq əməl olunacaq./tia/
1311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber