Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Suriyada “cihad” haqqında maraqlı sms-lər

Nur-az.com əl-Aləmə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında xalqla dövlətin Suriyada “cihad”a baxışı fərqlidir.
Səudiyyə Ərəbistanından olan yazıçı Səd əd-Dusəri camaatın bir-birilə mesajlaşmasını Səudiyyənin “əl-Cəzirə” qəzetinin saytı (Qətərin əl-cəzirə kanalı ilə səhv salınmasın – red) üçün qələmə alıb. Bu mesajlar “cihad” adı altında verilən fətvalara qarşı camaatın fikrini ortaya qoyur.
Səd əd-Dusəri yazıb: Bəzən istehza, bəzən yumor kimi camaat arasına, sosial şəbəkələrdə yayılan mesajlar, ümumi təfəkkürü çatdırır. Biz bu mesajı yazanlar, onları oxuyanlar və buna verilən reaksiya ilə onların hislərini müqayisə edə bilərik.
Bu mesajlaşma macəralarından birində, bir neçə ərəbistanlı cavan qərara gəldilər ki, “cihad” etmək üçün Suriyaya getmək istədikləri barədə atalarına mesaj göndərsinlər. Ataların bu mesajlara cavabları belə olub:
-Sən bu gün cümə namazına gəlməmisən, indi cihada getmək istəyirsən?!! Gəl, mən Feysəl əminin yanında səni gözləyirəm!
-Özün də və sənin gəzdiyin bütün şəxslər ... . Tez evə get, yoxsa Suriyaya qədər dalınca gələcəm və aqqalımı (ərəblərin başa bağladıqlar şalın dolağı – red) sənin belində sındıraram, ay ... !
-Olsun, amma sən və dostların harada yaşamaq istəyirsiniz? Suriyanın sərhədlərində?! Əvvəldən demişdim ki, dostların avaradırlar!
-Cihada gedirsən və cənnət vədəsi verirsən?! Əlbəttə zəmanətsizdir!! 2000 riyal (Səudiyyə Ərəbistanı pul vahidi – red) silah üçün istəyirsən?! Get namazını ilk vaxtda qıl, bu sənin silahındır!
-Oğul, əgər sən və səninlə birgə olanlar geri qayıtmasanız, ayaqlarını sındıraram. Ağlın başındadır?! Sənə və səninlə olanlara lənət olsun.
-Deyirsən bizə cənnət vədəsi verilib?!! Allah sənə rəhm etsin, bizim vədəmiz “Hayirə” (Səudiyyə Ərəbistanında bir həbsxananın adı – red) türməsidir!
-Yadından çıxmasın, telefonunun “adapter”-ini də apararsan!
-Cihada gedirsən?! Allah sənə xeyir versin, ananı da özünlə apar!
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...