Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Rusiya səfiri: Suriyada qeyri-qanuni hərbi iştiraklara son qoyulmalıdır

Moskvanın Dəməşqdəki səfiri Aleksandr Yefimov Rusiya-Suriya münasibətlərini strateji dostluq münasibətləri adlandırıb və Suriya dövlətinin icazəsi olmadan bu ölkəyə gəlmiş hərbi qüvvələrin Suriyadan çıxmalı olduğunu deyib.
Suriyanın “SANA” xəbər agentliyinə müsahibə verən səfir ölkəsinin Suriyada yaranmış böhranın həlli istiqamətində səy göstərdiyini, Suriya rəsmilərinin siyasi yol izləmələrinə dəstək verdiyini vurğulayıb.
A. Yefimov İdlibdə vəziyyətin müvəqqəti olduğunu və son məqsəd Suriya dövlətinin bu əyalətə hakimiyyət haqqının qayıtması olduğunu bildirərək deyib ki, İdlibdə hazırkı durumun belə qalmasına icazə vermək olmaz.
Rusiya səfiri həmçinin Suriyada qeyri-qanuni xarici hərbi iştiraka son qoyulmasına da təkid edərək deyib: “Rusiya bu məsələnin BMT TŞ-nın proqramında qalması üçün bütün təlaşlarını göstərəcək.”
Rusiyalı diplomat Suriyanı təcriddə saxlamaq istəyən bir sıra ölkələrin indi öz səhvlərinə etiraf etdiyinə də toxunaraq deyib: “Bu ölkələr artıq öz siyasətlərini düzəltməyə səy edir. Dəməşqdə bir neçə səfirliyin yenidən açılması bu yanaşmanı göstərir.”
Səfir müsahibəsinin sonunda açıqlayıb ki, gələn ay Rusiya və Suriya öz diplomatik əlaqələrinin qurulmasının 75 illiyini qeyd edəcək.
73 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP