Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Cəbhəçi gənc aclıq aksiyasına başladı

AXCP Gənclər Komitəsinin üzvü, Kəlbəcər rayon sakini Teymur Kərimov bugün saat 12:00-dən aclıq aksiyasına başlayıb. “Azadlıq”a açıqlamasında Teymur Kərimov bildirdi ki, aksiyanı keçirməsinə səbəb Kəlbəcər İcra Hakimyyətinə etdiyi müraciətlərin cavabsız qalması və qeyri-müəyyən səbəblərlə işdən uzaqlaşdırılmasıdır.
"Bu gün saat 12-00-dan aclıq aksiyasına başlamışam. Əvvəlcə məni qış məzuniyyəti bəhanəsiylə işdən çıxardılar. Artıq xeyli müddət keçib məni işə bərpa etmirlər. Hansıki, İcra Hakimiyyətinin tabeliyində kifayət qədər iş yeri var. Sonra Prezdent Aparatına müraiət etdim. İcra başçısı Aqil Məmmədov məni çağırıb şikayətləri dayandırmağı tövsiyə etdi. İndi isə zəngələrimə cavab verilmir, problemin həlli üçün səy göstərilmir. Ona görə də bu haqsızlıqlara qarşı aclıq aksiyası keçirmək qərarına gəlmişəm. Əgər səsimi eşidən olmasa, digər etiraz vasitələrindən istifadə edəcəm.”-deyə Teymur Kərimov bildirdi.
Kəlbəcər rayon icra başçısının birinci müavini Eldəniz Mehdiyev Qaynar.info-ya bildirdi ki, məsələ ilə bağlı araşdırma aparandan sonra açıqlama verəcəklər.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı