Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Səudiyyə Ərəbistanı Suriyaya hücum etmək istəyir

Səudiyyə Ərəbistanı ƏDL-dən Suriyaya hücum icazəsi almaq üçün qətnamə əldə etməyə səy edir
Nur-az.com-un FarsNews-a istidalı məlumatına görə, Ali-Səud rejimi ABŞ-ın Suriyaya hücum etmədiyinə və regiondakı siyasətlərində yarıtmazlığına görə, Ərəb Dövlətləri Liqasından (ƏDL) Suriyaya hücum qətnaməsi tərtib etməsinə cəhd edir.
Bu barədə Fələstində çap olunan əl-Mənar qəzetinə xüsusi məlumatlı mənbə informasiya çatdırıb və deyib: Ali-Səud rejimi Misirin paytaxtı Qahirədə Suriya məsələsilə əlaqədar ƏDL xarici işlər nazirlərinin iştirakı ilə toplantı keçirilməsi üçün bir neçə ərəb rejimi ilə sıx əlaqədədir.
Mənbənin dediyinə əsasən, Səud rejimi ƏDL-dən bu qətnaməni almaqla, BMT TŞ-dan BMT-nin nizamnaməsinin 7-ci fəslindən Suriya əleyhinə yararlanmaq istədiyi bildirilir. Bundan sonra isə, ABŞ və Fransanın sərkərdəliyi, bəzi region ölkələri və İsrailin iştirakı və rəsmi Riyazın maddi dəstəyilə Suriyaya hücum edilsin.
Qeyd edək ki, Riyaz və Vaşinqtonun münasibətləri Ağ Evin Suriyaya hücum etməkdən imtina etməsi fonunda süstləşib. Çünki ABŞ əvvəlcə Səudiyyə Ərəbistanına Suriyaya hücum edəcəyi barədə söz versə də, sonradan bu işdən əl çəkdi.
Səudiyyə rəsmiləri Amerikanın regiondakı hazırkı siyasətinə görə də çox qəzəblidirlər.
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber