Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Qamətin köməkçisi Əfqanıstanda öldürüldü

«Əbu Bəkir» məscidinin imam cüməsi, habelə Azərbaycandakı vəhabilərin lideri hesab edilən Qamət Süleymanovun köməkçisi Əfqanıstanda öldürülüb.

Bu barədə bəzi sələfi nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, Qamətin köməkçisi Muhamməd adlı şəxs Əfqanıstanda cihadda öldürülüb: “Qamətin mühafizəçisi və köməkçisi Muhamməd Həcc zamanı bütün suallarını alimə verdikdən sonra geri dönərək Qamətin səhv yolda olmasına şahidlik edir, tövbə edir. Əfqanstana gedərək inşallah şəhid olub”.

Qeyd edək ki, Suriya məsələsindən sonra Qamətlə sələfi tərəfdarları arasında münasibətlər kəskin pisləşib. Ən yaxın adamlarının belə Q.Süleymanovdan uzaqlaşdığı bildirilir. Hətta Qamətin qayını və yeznəsinin də mövqeyinə görə ondan uzaq düşdüyü qeyd edilir./azvision/
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
21.01.17, 11:23