Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2019

ÇİN “ASİYA NATO-su”nun yaradılmasını təklif etdi

Tacikistanda iyunun 15-də Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin ardınca baş tutan Asiyada qarşılıqlı fəaliyyət və inam tədbirləri üzrə müşavirə (AQFİTM) sammitində Pekindən önəmli təklif daxil olub. Çin lideri Si Szinpin Asiya ölkələrini NATO-ya bənzər təhlükəsizlik konstruksiyası qurmağa çağırıb.

Çin lideri Si Szinpin Tacikistan paytaxtı Düşənbədə AQFİTM liderlərinin sammitində önəmli təklif verib: o, qeyd edib ki, Asiya ölkələri Şimali Atlantika Təşkilatı Müqaviləsinə (NATO) bənzər yeni təhlükəsizlik konstruksiyası yaratmalıdır. Si Szinpin Düşənbə sammitindəki çıxışında Asiya ölkələrinin bir çox baxımdan qorunmadığına diqqət yetirib: “Biz hesab edirik ki, Asiya ölkələrinin təhlükəsizliyinə yeni şəkildə və daha geniş çərçivədə yanaşmaq gərəkdir. Asiya ölkələri bölgəmizdə təhlükəsizlik çağırışlarına əl-ələ reaksiya verməlidir. Təhlükəsizlik sahəsində bu yeni əməkdaşlıq bölgə ölkələri arasında sıx təmaslara və qarşılıqlı inam prinsipinə söykənməlidir”.
435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP