Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

Hacı İlqar İbrahimoğlu "Facebook" səhifəsində radikal vəhabilik və təkfirçiliklə bağlı gündəmi dəyərləndirdi

İçərişəhər "Cümə" məscidi dini icmasının imam camaatı, ilahiyyatçı-filosof, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu son həftələrdə ölkə gündəmində geniş müzakirə olunan radikalizm və təkfirçiliklə bağlı fikirlərini "Facebook" sosial şəbəkəsindəki səhifəsində bölüşüb.

Hacı İlqar İbrahimoğlu ilk statusunda bu mövzularda geniş müzakirələrin aparılması üçün mövcud problemlərdən danışıb:

"Elə mövzular var ki, status formasında ən gözəl ifadə olunur. Eləsi də var ki, köşə formatına daha uyğundur.

Bəzən, hansısa mövzunu müsahibə janrında daha dolğun çatdırmaq olur.

Nadir hallarda isə, bu sadaladıqlarım yetərli olmur.

Canlı efirə ehtiyac var.

p.s.

son həftələrdə ölkədə gündəmə gələn radikalizm və təkfirçiliq mövzusu da bu qəbildəndir".

Növbəti statusunda DEVAMM sədri ümumilikdə ölkədə yaşanan vəhabi təhlükəsindən danışıb:

"Bu gün vəhabilərlə "zaiqrıvat" edən məmurlar və xəbər saytları bunun fərqində olsunlar ki, bu, ilk olaraq onların öz başlarında çatlayacaq".

Son statusunda isə Hacı İlqar İbrahimoğlu problemi bir qədər də kökündən təhlil edərək, xüsusilə İslam vəhdəti mövzusuna işarə edib:

"Ölkəmizdə radikal vəhabilik təhlükəsi son bir neçə həftədə meydana çıxmayıb. Artıq 20 ildən çoxdur ki, radikal vəhabilər üçün yaradılmış şəraitin nəticəsində, bu durum mövcuddur. Təkfirçilər öz 100 illərdən gələn təkfirçilik ənənələrinə bu gün də sadiqdirlər; iqtidarları olan kimi, birbaşa əməli təhlükə mənbəyinə çevrilirlər. Bir daha təkrar edirəm ki, bu, son ayların və yaxud son həftələrin mövzusu deyil.

Bütün müsəlmanlar - İslam qardaşlığını öz prioritetləri sayan və bu təkfirçiliyi qəbul etməyən hər kəs - şiəli, sünnülü bunun qarşısında həqiqi İslami vəhdət nümayiş etdirməlidirlər. Eyni zamanda, öz məsuliyyətini dərk edərək, hansısa məkrli oyunların, islamofobiya prosesini gücləndirə biləcək ictimai rəylə bağlı manipulyasiyaların alətinə və vintinə çevrilməməlidirlər.

Ali-İmran surəsi, 103: "Və hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın...""./deyerler/
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı