Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2014

İran Pakistanı hərbi müdaxilə ilə təhdid etdi

“İran ordusu Pakistana girə bilər. İslamabad ölkənin şimal-qərbində fəaliyyət göstərən terrorçulara qarşı təsirli tədbirlər görməsə, hadisələrin bu cür inkişafı mümkün ola bilər”.

Bunu ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

Fəzlinin sözlərinə görə, Tehran Pakistan tərəfinə öz sərhədlərinin təhlükəsizliyini təmin eləmək xahişi ilə dəfələrlə çağırışlar edib. “Əgər bu dövlət belə addımları atmaq gücündə deyilsə, o zaman onun ərazisinə qoşun yeritməkdən savayı çıxış yolu qalmayacaq. İranın belə hərbi müdaxiləyə əl atmağa hüququ var və İslamabadın icazəsini gözləməyə hazırlaşmır” – əlavə edib nazir.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...